image-qanunla-reklam
image-1668490423_1646898459_1646029870_rubldolar

Rusiya Ukraynaya təzminat ÖDƏYƏCƏK

image-lady-day-az

Rusiyadan Ukraynaya müharibə təzminatı ödəməsini tələb edən qətnamə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında qəbul edilib.

“Qanunla.az” xəbər verir ki, BMT Baş Assambleyasının 193 üzvü Rusiyanın Ukrayna daxilində və ya ona qarşı beynəlxalq hüququn hər hansı pozulmasına görə məsuliyyət daşımasını tələb edən qətnaməyə səs verib.

94 ölkə lehinə, 14 ölkə əleyhinə səs verib, 74 üzv ölkə bitərəf qalıb. Qətnamənin əleyhinə səs verən üzv ölkələr arasında Çin, İran və Suriya da var.

Qətnamə Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni hərəkətləri nəticəsində dəyən zərər, ölüm və ya xəsarətin ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasını tələb edir.

BMT Baş Assambleyasının qətnamələri hüquqi qüvvəyə malik olmasa da, siyasi çəkiyə malikdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki