image-qanunla-reklam
image-1669269357_720_61faa13682682c4bdf646add

Rusiya Ukraynanın infrastrukturunu buna görə VURUR

image-lady-day-az

Rusiya Qərbdən Ukraynaya verilən silahlara cavab olaraq ordakı infrastruktur obyektlərinə zərbələr endiri

“Qanunla.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT TŞ-nın iclasında bildirib.

“Vurğulamaq istəyirik ki, Rusiyanın Qərb silahları ilə vurulmasına və Kiyevin Rusiya üzərində hərbi qələbəyə dair ehtiyatsız çağırışlarına cavab olaraq Ukraynadakı infrastruktur obyektlərinə zərbələr endirmişik”, – deyə Nebenzya bildirib.

Rusiya Federasiyasının təşkilatdakı daimi nümayəndəsi Ukraynada keçirilən xüsusi əməliyyatın məqsədlərindən birini Ukrayna ordusunun döyüş qabiliyyətini sarsıtmaq adlandırıb, onun sözlərinə görə, bu, Rusiyanın təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edir.

O, həmçinin vurğulayıb ki, Kiyev Rusiyanın xüsusi əməliyyata başlamasının səbəblərini müzakirə etməyə və “həll etməyə” imkan verən mövqe tutmayana qədər bu məqsəd hərbi yolla həyata keçiriləcək.

Diplomat əlavə edib ki, Rusiya tərəfi hələ Ukrayna prezidenti Volodimir Zelenski və onun müttəfiqlərindən “sülhə hazır olduqlarını” eşitməyib, “yalnız ehtiyatsız ultimatumların dilini” eşitib.

Qeyd edək ki, Kiyevin tələbi ilə ölkənin infrastrukturuna hücumlarla bağlı BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə təcili iclası keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki