image-qanunla-reklam
image-1694682727-422495374_0_0_3071_1728_1920x0_80_0_0_2dd6f2f82bba3bdc0b7f1a953f83d0a5

Rusiya-Şimali Koreya liderləri nələri müzakirə edib? – Eks-nazirdən AÇIQLAMA

image-lady-day-az

Xəbər verdiyimiz kimi, Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər edib. Sentyabrın 13-də Amur vilayətində “Vostoçnıy” kosmodromunda Koreya lideri ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib. Tərəflər arasında danışıqlar 5 saatdan çox davam edib.

Bəs görəsən, bu səfərdə daha çox hansı məsələlər müzakirə olunub?

Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov “Qanunla.az”a bildirib ki, bu görüş Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Şimali Koreyaya səfərindən sonra oldu. Eks-nazir düşünür ki, Şimali Koreya və Rusiya liderlərinin görüşündə silah-sursat məsələləri müzakirə olunub:

“Prezidentlər arasında keçirilən görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu da iştirak edirdi. Yəqin ki, ilk növbədə silah-sursat məsələsi müzakirə olunub. Görünür ki, Ukraynada vəziyyət o qədər yaxşı deyil, onlara silah lazımdır. İnanmıram ki, iqtisadi baxımdan Rusiya-Şimali Koreya ticarət dövriyyəsinin artırılması ilə bağlı hansısa imkan olsun”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki