image-qanunla-reklam
image-1665041285_vasn

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

image-lady-day-az

Rusiyanın Moldovadakı səfiri Oleh Vasnetsov XİN-ə çağırılıb. 

Qanunla.az xarici KİV-ə istinadən xəbər verir ki,  bu  barədə Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Nika Popesku jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, səfir Rusiyanın Ukrayna ərazilərini ilhaq etməyə qanunsuz cəhdi ilə bağlı Kişinyovun mövqeyini bildirmək üçün çağırılıb.

Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, Moldova referendumların nəticələrini və Ukrayna ərazilərinin qanunsuz ilhaqını tanımır. Nazirlik həmçinin Rusiyanı Ukraynaya qarşı hərbi təcavüzü dayandırmağa çağırıb.

Bundan əvvəl 10-a yaxın Avropa ölkəsi bu ölkələrin müvəqqəti işğal olunmuş ərazilərdə keçirilən “referendum”la bağlı mövqeyini bildirmək üçün Rusiya səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb. Xüsusilə, Latviya, İsveç, Danimarka, İtaliya, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, Çexiya, Estoniya və İsveçrənin Xarici İşlər Nazirlikləri belə tədbirlərə əl atıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki