image-qanunla-reklam
image-1661579807-rian_3146876-hr-pic_32ratio_900x600-900x600-77141

Rusiya Qərbin sanksiyalarına necə tab gətirib? – “The Economist”

image-lady-day-az

Böhranların aradan qaldırılması baxımından tarixi təcrübə, Mərkəzi Bankın fəaliyyəti, o cümlədən neft Rusiyanın Qərb sanksiyalarına tab gətirə bildiyi əsas amillər idi.

“Qanunla.az” xəbər verir ki, bu barədə The Economist yazır.

Nəşr qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasında əsas rolu iqtisadiyyatın çöküşünə imkan verməyən Rusiya Bankının hərəkətləri oynayıb. Söhbət kapitala nəzarətlə birlikdə dərəcələrdə artımın olmasından gedir.

Müəlliflərin fikrincə, böhranlardan çıxmaq baxımından Rusiyaya tarixi təcrübə kömək edib. Yəni cəmi dörddə bir əsr ərzində ölkə artıq beşinci böhranla üz-üzədir. Əvvəlkilər 1998, 2008, 2014 və 2020-ci illərdə olub.

Nəşr qeyd edib ki, üçüncü amil karbohidrogenlərlə, xüsusən də neftlə bağlıdır. Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri Avropa İttifaqı Rusiya Federasiyasından 85 milyard dollar dəyərində neft alıb və buna görə də Rusiya iqtisadiyyatı sanksiyaların təzyiqinə ən optimist proqnozlardan da yaxşı tab gətirə bilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki