image-qanunla-reklam
image-bez-nazvaniya

Rusiya Qərbdən sanksiyaları yumşaltmağı xahiş etdi

image-lady-day-az

Rusiya taxıl ixracını asanlaşdırmaq üçün Qərb ölkələrindən “Rosselxozbank”a qarşı sanksiyaları yumşaltmağı xahiş edib. 

“Qanunla.az” “Reuters” agentliyinə istinadən xəbər verir ki, Rusiya Qərb ölkələrindən dövlət kreditoru “Rosselxozbank”a sanksiyalara baxmayaraq, xahiş edib ki, digər banklarla münasibətləri bərpa etməyə icazə verilsin.

Bu, indiyə qədər beynəlxalq taxıl ticarətində ciddi rol oynamayan banka Rusiya taxıl və digər ərzaq məhsulları üçün ödənişlər etməyə imkan verəcək. Son sanksiyalardan əvvəl belə ödənişlər beynəlxalq banklar və digər Rusiya banklarının İsveçrədəki törəmə şirkətləri tərəfindən həyata keçirilirdi.

Moskvanın bu sorğuya hansı cavabı aldığı açıqlanmır. BMT-dəki mənbə bildirib ki, belə bir təklif Avropa İttifaqı və digər tərəflər səviyyəsində nəzərdən keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki