image-qanunla-reklam
image-1672075271_rian_6200164-hr-pic_32ratio_900x600-900x600-19917

Rusiya Qazaxıstanın tələbi ilə iş adamını axtarışa verdi

image-lady-day-az

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Qazaxıstanın tələbi ilə “Olimp” bukmeker kontorunun şəriki iş adamı Dmitri Davıdovu axtarışa verib .

Qanunla.Az  xəbər verir ki, Qazaxıstanda Davydov qanunsuz qumar biznesinin təşkilində, xüsusilə böyük miqyasda vergidən yayınmada və s. ittiham olunur.

2019-cu il dekabrın 18-də qazaxıstanlı iş adamına qarşı cinayət işi açılıb, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (DTK) şöbəsi onu araşdırır. O, 2020-ci ildə respublika üzrə axtarışa verilib.

Məlumata görə, Davydov Avropada yaşayır.

Bundan əvvəl məlum olub ki, Rusiya Daxili İşlər Nazirliyi Davydovu axtarışa verib.

Dekabrın 16-da Davydov Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib. Siyahıya həmçinin Wonderzine onlayn nəşrinin baş redaktoru Yuliya Taratuta , Azad Rusiya Forumunun həmtəsisçisi İvan Tyutrin və başqaları daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki