image-qanunla-reklam
image-1657090690_8_main

Rusiya Qazaxıstandan Avropaya neft tranzitini BAĞLADI

image-lady-day-az

Rusiya məhkəməsi Qazaxıstandan Avropaya neft ixracı üçün mühüm terminalı bağlayıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Xəzər Boru Kəməri Konsorsiumu” (KTC) Novorossiysk Primorye Rayon Məhkəməsinin qərarı ilə dəniz terminalının fəaliyyətini 30 gün müddətinə dayandıracaq.

Bu qərara səbəb Roskomnadzor tərəfindən təhlükəli istehsalat obyektlərinin texniki vəziyyətinin və onların istismarı zamanı ekoloji tələblərə uyğunluğun qiymətləndirilməsi zamanı aşkar edildiyi iddia edilən pozuntular olub.

KTK Qazaxıstan neftinin əsas ixrac marşrutudur və boru kəməri ilə nəql olunan həcmin 80%-dən çoxunu təşkil edir. Kəmərin gücü ildə 67 milyon ton neftdir.

Qazaxıstan böyük neft ehtiyatlarına malikdir, lakin Xəzər dənizi istisna olmaqla, dənizə çıxışı yoxdur. Neft Qazaxıstandan Qara dənizdəki Novorossiysk terminalı vasitəsilə ixrac edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki