image-qanunla-reklam
image-rus-herbi

Rusiya Qazaxıstana qüvvə və texnika göndərdi

image-lady-day-az

Rusiya hərbçiləri KTMT qüvvələrinin “Qarşılıqlı fəaliyyət-2022”, “Axtarış-2022” və “Eşelon-2022” birgə təlimlərində iştirak etmək üçün Qazaxıstana yerləşdirilib.

Qanunla.Az xəbər verir ki, bu barədə KTMT məlumat yayıb.

“201-ci hərbi bazanın şəxsi heyəti, silah və hərbi texnikası Rusiya Aerokosmik Qüvvələrinin Hərbi-Nəqliyyat Aviasiyasının İl-76 təyyarəsi ilə Hisar aerodromundan Qazaxıstanın Cambıl vilayətinin Luqovaya aerodromuna aparılıb. Hərbi qulluqçular komanda-idarəetmə məntəqələrinə yerləşdirilib, “Matıbulaq” poliqonunda atəş mövqeləri üçün mühəndis texnikası, kamuflyaj texnikası işə başlayıb”, – məlumatda deyilir.

Qeyd edək ki, Tacikistanda yerləşən 201-ci hərbi baza Rusiyanın sərhədlərindən kənarda ən böyük hərbi obyektidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki