image-qanunla-reklam
image-1673849801-gettyimages_1239740725_5_650x410

Rusiya müharibə xərclərini qarşılamaq üçün vergiləri artıra bilər

image-lady-day-az

Rusiya Federasiyası Ukraynaya qarşı müharibəyə artan hərbi xərclərin fonunda büdcəsini dəstəkləmək üçün neft gəlirlərindən həddən artıq asılı vəziyyətə düşür. Ekspertlər hesab edirlər ki, 2023-cü ildə neft qiymətləri gözləntiləri doğrultmasa, Kreml vergiləri artırmağa məcbur ola bilər.

“Qanunla.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat dərc edib.

Rusiyanın əsas ixracı olan “Urals” markalı neftin qiyməti ötən il dekabrın əvvəlindən, G7-nin başçılıq etdiyi Qərb ölkələrinin Moskvanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq üçün Rusiya neftinin ixracına 60 dollarlıq qiymət tavanı tətbiq etməsindən sonra 20%-dən çox ucuzlaşıb.

“Qiymət tavanları, Qərb sanksiyaları və Aİ-nin Rusiyadan neft ixracını çətinləşdirən embarqoları ilə Moskva boşluğu doldurmaq üçün Çin və Hindistana arxalanıb. Rusiya hökuməti 2022-ci ildə Ukraynadakı işğalçı qüvvələrini maliyyələşdirmək üçün xərcləri dörddə birdən çox artırdığına görə, büdcəni tarazlaşdırmaq üçün lazım olan neftin qiyməti 67 dollardan 101 dollara yüksəlib”, – məlumatda deyilir.

Rusiya Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov ötən ilin dekabr ayında bildirib ki, 2022-ci ildə Rusiyanın büdcə fərqi 3,3 trilyon rubl (təxminən 49 milyard dollar) və ya ÜDM-in 2,3%-ni təşkil edib və 2023-cü ildə yenidən 2%-i keçə bilər, çünki qiymət tavanı Rusiyanın ixrac gəlirlərini məhdudlaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki