image-qanunla-reklam
image-rusiya-ordusu

Rusiya kifayət qədər qüvvə toplaya bilməyib – Britaniya

image-lady-day-az

Rusiya Donetsk bölgəsində daha ciddi irəliləyiş əldə etmək üçün kifayət qədər canlı qüvvə toplaya bilməyib.

Qanunla.Az  xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“Bu həftəsonu Rusiya Ukraynanın cənubunda müdafiəni gücləndirməyə davam etdirib. Bununla yanaşı, Ukraynanın Donetsk bölgəsindəki mövqelərinə hücumu davam etdirib. Bu istiqamətdə son 30 gündə ən uğurlu hücum istiqaməti Baxmut olub. Ancaq burada da cəmi 10 km irəliləyə bilib. Rusiya Donbasın digər ərazilərində isə 30 gün ərzində 3 km-dən çox irəliləyə bilməyib. Bu, Rusiyanın planlaşdırdığından xeyli azdır. Bu ərazilərdə artilleriyadan intensiv istifadə edilməsinə baxmayaraq, Rusiya daha əhəmiyyətli irəliləyiş təmin etmək üçün kifayət qədər canlı qüvvə toplaya bilməyib”, – məlumatda deyilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki