image-qanunla-reklam
image-1641045268-pasinyan

“Rusiya ilə Azərbaycan arasında münasibətlər niyə dəyişib?” – Paşinyan

image-lady-day-az

Bölgədə münasibətlərimizi dəyişməsək, mövcud olan təhlükələri idarə edə bilməyəcəyik.

Qanunla.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun üçün istəmək kifayət deyil, düşünüləndən daha çevik olmalıdırlar.

Paşinyan Rusiya ilə Türkiyə arasında münasibətlərin niyə və necə dəyişdiyini və bunun Ermənistan üçün nə demək olduğunu anlamağa çağırıb: “Rusiya ilə Azərbaycan arasında münasibətlər niyə və necə dəyişib? Bunun bizə təsirini başa düşməliyik. Suallara cavab verməliyik: regionda özümüzü necə görürük? Qonşu və tərəfdaş kimi? Yoxsa zastava kimi?”

Baş nazir həmçinin onu da deyib ki, Ermənistan hökuməti bu seçimi edib, lakin bu, qəbuledilməz ola bilər: “Biz başa düşməliyik ki, dünyadan regiona, yoxsa regiondan dünyaya doğru gedək. Tarixən biz birincini etmişik. Bu cavablandırılmalı olan əsas sualdır. Biz regiondan dünyaya getməliyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki