image-qanunla-reklam
image-1669148618_ancey-sebastian-duda

Rusiya fenomenlərindən telefon zarafatı: Polşa prezidenti Dudanı aldatdılar!

image-lady-day-az

Rusiyanın sosial media fenomenləri Vladimir Kuznetsov və Aleksey Stolyarov özlərini Fransa prezidenti Emmanuel Makron kimi təqdim edərək Polşa prezidenti Anjey Duda ilə zarafat ediblər.

“Qanunla.az” xəbər verir ki, Rusiyanın sosial media fenomenləri “Vovan” ləqəbli Vladimir Kuznetsov və “Lexus” ləqəbli Aleksey Stolyarov noyabrın 15-də Polşaya raket düşən zaman Polşa prezidenti Andrej Dudanın ofisinə zəng edərək özlərini Fransa prezidenti Emanuel Makron kimi təqdim ediblər. Duda, guya Makron olduğu güman edilən rus fenomenləri ilə Polşaya düşən raket haqqında danışmağa başlayıb.

Kuznetsov və Stolyarovun yaydığı səs yazısında Duda Polşaya düşən raketlə bağlı sual verən fenomenə “İnanın Emmanuel, mən son dərəcə ehtiyatlıyam. Rusları günahlandırmıram. Sizcə mənə lazımdırmı? Rusiya ilə müharibə? Xeyr, mən bunu istəmirəm”.

Duda çıxışında Ukrayna prezidenti Volodimir Zelenskinin Polşa ərazisinə düşən raketin Rusiya raketi olduğunu təkid etdiyini bildirib.

Polşa Prezident Aparatından verilən açıqlamada, “Prezident Anjey Dudanın görüşün qeyri-adi bir aldatma cəhdi ola biləcəyini anladığı və söhbəti bitirdiyi” bildirilib. Rusiya fenomenlərinin prezidentə necə düşdükləri ilə bağlı araşdırma aparılmağa başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki