Rusiya Federasiyasının Danimarkadakı səfirliyi sentyabrın 6-dan bütün konsulluq məsələləri ilə bağlı ərizə və sənədlərin qəbulunu dayandıracaq.
“Qanunla.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu addım Danimarkanın rusiyalı diplomatik işçilərin sayını azaltmaq qərarına görə atılıb.
Rusiya XİN Danimarkanın diplomatik işçilərinin sayını azaltmaq tələbini düşmənçilik təzahürü adlandırıb.