image-qanunla-reklam
image-1662066124_702909_pmef_2022_peterburzhskiy_mezhdunarodniy_ekonomicheskiy_forum_perviy_deny_novak_miller_sankt_peterburg_novak_aleksandr_250x0_3600-2400-0-0

Rusiya bəzi dövlətlərə neft tədarükünü DAYANDIRACAQ

image-lady-day-az

Rusiya ona tavan qiymət tətbiq etmək qərarına gələn ölkələrə neft verməyəcək.

“Qanunla.az” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

“Qiymət məhdudiyyətlərinə gəlincə: əgər onlar bunu tətbiq etsələr, biz sadəcə olaraq neftimizi və neft məhsullarımızı bu cür şirkətlərə və ya məhdudiyyətlər qoyan ölkələrə tədarük etməyəcəyik, çünki biz qeyri-bazar şərtləri ilə işləməyəcəyik. Mən Hindistan və Çinin embarqoya qoşula biləcəyi fikrini eşitməmişəm “deyə Novak bildirib.

Bundan əvvəl G7 ölkələrinin maliyyə nazirləri  Rusiya neftinin qiymətinin yuxarı həddinin tətbiqi planını təqdim etmişdilər. ABŞ maliyyə nazirinin müavini Adevale Adeyemo bu təşəbbüsü Hindistan hakimiyyəti ilə müzakirə edib. Vaşinqtonun fikrincə, Rusiya neftinin qiyməti 40-60 dollar/ barel səviyyəsində qalmalıdır .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki