image-qanunla-reklam
image-1658812240_zelenskiy-iha-1884331_2-1

“Rusiya açıq şəkildə Avropaya qarşı müharibə aparır” – Zelenski

image-lady-day-az

Rusiya açıq şəkildə Avropaya qarşı “qaz müharibəsi” aparır. Bunlar terrorizmin müxtəlif formalarıdır.

“Qanunla.az” xəbər verir ki, bunu Ukrayna dövlət başçısı Volodimir Zelenski deyib

Onun sözlərinə görə, Rusiya “Şimal axını” qaz kəmərində turbinin saxlanması səbəbindən Avropaya qaz axınının 33 milyon kubmetrə qədər azalacaq.

““Şimal axını” turbininə dair güzəştə baxmayaraq, Rusiya müqaviləyə uyğun olaraq Avropa ölkələrinə qaz tədarükünü davam etdirməyəcək. Bütün bunlar Avropalıların qışa hazırlaşmasını mümkün qədər çətinləşdirmək üçün Rusiya tərəfindən qəsdən edilir. Bu, açıq-aydın Rusiyanın vahid Avropaya qarşı apardığı qaz müharibəsidir. Bunu məhz belə qəbul etmək lazımdır”, – Zelenski bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki