image-qanunla-reklam
image-1659434458_rian_6726575-hr-pic_32ratio_900x600-900x600-48783

“Rusiya 6 Amerika HIMARS MLRS-ni məhv edib” – Şoyqu

image-lady-day-az

Rusiya ordusu Ukraynada altı Amerika HIMARS MLRS-ni məhv edib.

Qanunla.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu selektor iclasda çıxışında deyib.

“Qərb silahlarının Ukraynaya nəzarətsiz tədarükü regionun təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Ümumilikdə, Rusiya qoşunlarının Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektlərinə endirdiyi zərbələr nəticəsində Amerikanın 33 M777 haubitsaları və “Harpun” gəmi əleyhinə raket kompleksinin beş buraxılış qurğusunu və 200-dən çox HIMARS raket sistemlərinin raketlərini məhv edib”, – Şoyqu bildirib.

O, həmçinin bildirib ki, təkcə son iki həftə ərzində Ukrayna Silahlı Qüvvələri 396 “Javelin” və “NLAW” tank əleyhinə raket komplekslərini, bundan başqa, Ukrayna ordusu “Stinger” tipli 125 daşınan zenit-raket kompleksini itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki