image-qanunla-reklam
image-1668800382_upload-ap22040756723640-pic4_zoom-1500x1500-84591

“Rusiya 10 il ərzində hərbi potensialının bərpası ilə məşğul olacaq” – Pentaqon rəhbərinin müavini

image-lady-day-az

“Rusiya yaxın 10 ildə inkişafı deyil, hərbi potensialının bərpası ilə məşğul olacaq”.

“Qanunla.az” xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Kolin Kol bildirib. O, bu barədə Manama Dialoq forumunda bildirib .

“Rusiyaya gəlincə, biz gündəlik olaraq onun hərbi texnikasının və potensialının məhdudiyyətlərini müşahidə edirik. Açığını deyim ki, yaxın on il və ya daha çox müddətdə o, texnologiyasına inamınız olsa belə, dünyada müdafiə tərəfdaşlığını davam etdirməyə deyil, əsasən ordusunun yenidən qurulmasına diqqət yetirəcək ” -deyə Kol bildirib.

O, həmçinin ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini Rusiya və Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməməyə və hər iki ölkə ilə münasibətdən çəkinməyə çağırıb.

Kol daha əvvəl bildirmişdi ki, ABŞ Yaxın Şərqdəki müttəfiq və tərəfdaşlarından Rusiyaya təzyiqi artırmağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki