image-qanunla-reklam
image-1661762528_yat-44_16_9_1661762100

Rus oliqarxların lüks yaxtaları Türkiyə sularında

image-lady-day-az

İngiltərənin “The Times” qəzeti Rusiya -Ukrayna müharibəsinə görə sanksiyaya məruz qalan rus oliqarxlarının yenidən lüks yaxta və gəmilərini Türkiyə ərazi sularında gizlətməyə başladığını yazıb.

Qanunla.az xəbər verir ki, qəzet, ümumi dəyəri milyardlarla dollar olan gəmilərin Egey və Aralıq dənizi sahillərində lövbər saldığınını bildirib.

KİV yaxtalardan 3-nün Bodrumdan 20 mil uzaqlıqda lövbər saldığını yazarkən, “Türkiyənin Egey və Aralıq dənizi sahillərində sanksiyaya məruz qalan oliqarxlara aid ən azı 9 yaxta gözləyir” şərhini verib. Türkiyədə gözləyən gəmilərin təxmini dəyərinin 2,5 milyard dollar olduğunu qeyd edən qəzet daha bir detalı açıqlayıb.

Bu lüks yaxtaların mövqelərinə diqqət çəkən qəzet, keçən ilin eyni dövründə bu gəmilərin heç birinin Türkiyədə olmadığına diqqət çəkib. Keçən il bu gəmilərin böyük əksəriyyəti Fransa, İtaliya, İspaniya və Yunanıstanda dayanıb.

Roman Abramoviç də daxil olmaqla bir çox oliqarxın lüks qayıqlarının Türkiyə sahillərində olduğu bildirilsə də, oliqarxların lüks maşınlarında olub-olmaması ilə bağlı heç bir açıqlama verilməyib.

Digər tərəfdən qəzet Türkiyə ilə Rusiya arasında artan yaxınlığın Qərbin narahatlığına səbəb olduğunu da xatırladıb. Rus oliqarx Leonid Mixelsona məxsus “Pacific” lüks yaxtasının Karib dənizindən Türkiyəyə gəldiyi və səyahət zamanı izləmə sistemini deaktiv etdiyi də bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki