image-qanunla-reklam
image-1656057927_630_360_1656056201-2588

Rus oliqarxına məxsus mədən şirkətlərinin aktivləri BLOKLANDI

image-lady-day-az

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı oliqarxın mədən şirkətlərinin aktivlərini 1 milyard qrivnadan çox bloklayıb.

Qanunla.az xəbər verir ki, bu barədə SBU (Ukrayna Təhlükəsizlik Xidməti) məlumat yayıb.

“Təhlükəsizlik xidməti Ukraynanın yer təkinin sənaye miqyasında qeyri-qanuni çıxarılması ilə məşğul olan təşkilatın fəaliyyətini dayandırıb. Onu bütöv bir maliyyə-sənaye qrupuna sahib olan nüfuzlu rusiyalı iş adamı idarə edirdi”, – məlumatda deyilir.

Qeyd olunur ki, şirkət milyonlarla qazancını Rusiya Federasiyasının tammiqyaslı təcavüzünün maliyyələşdirilməsinə, həmçinin Krım və Ukraynanın şərqindəki işğalçı administrasiyalara maddi dəstək verməyə yönəldib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki