image-qanunla-reklam
image-necef-ceferin

Rövşən Nəcəf UEFA rəhbəri ilə görüşdü

image-lady-day-az

AFFA prezidenti Rövşən Nəcəf UEFA rəhbəri Aleksander Çeferinlə görüşüb.

Qanunla.Az AFFA-ya istinadən xəbər verir ki, toplantı Tailandın paytaxtı Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresindən əvvəl baş tutub.

Görüşdə UEFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, UEFA-nın dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.

Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki