image-qanunla-reklam
image-1691155523-prezident

Rəsmi İrəvanın siyasi məsuliyyətsizliyi

image-lady-day-az

Rəsmi İrəvanın siyasi məsuliyyətsizliyi.

Ermənistan 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb, indi isə qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir.

Həqiqətən Azərbaycan – Ermənistan münasibətlərində ölkəmiz həmişə sülh tərəfdarı olub. Buna görə də xalqımız səbr nümayiş etdirərək, münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə beynəlxalq səviyyədə aparılan danışıqlara dəstək vermişdir. Məqsədimiz həmişə belə olmuşdur: Münaqişə ədalətli sülhlə başa çatmalı, respublikamızın ərazi bütövlüyü təmin olunmalıdır. Azərbaycanın ədalətli mövqeyi beynəlxalq birlik tərəfindən də həmişə dəstəklənib. Azərbaycan və BMT arasında əməkdaşlıq Azərbaycan müstəqillik əldə etdikdən sonra qurulmuşdur. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan münaqişəsinə dair qətnamələr qəbul etmişdir.  Bu qətnamələr Azərbaycaycanın ərazi bütövlüyünü təmin edirdi. Lakin mənfur düşmən bu qətnaməyə əməl etməkdən boyun qaçırırdı. Erməni tərəfi BMT-nin qətnamələrini yerinə yetirməyib, danışıqlara əməli mövqe nümayiş etdirməyib, bu səbəbdən də münaqişənin həlli həmişə yubanıb. Lakin xalqımızın səbri tükənməz deyildir. Sülh danışıqları sonsuza qədər davam edə bilməzdi.

Cənab Prezident İlham Əliyev də həmişə xarici siyasətində BMT əlaqələrinə xüsusi əhəmiyyət vermişdir. Amma bütün çağırışlar cavabsız qalmışdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” altında birləşərək xalqımız daha da azğınlaşmış, yeni müharibə planları hazırlayan, təxribatlarla məşğul olan Ermənistanı cəzalandırdı. Ermənistanın 27 sentyabr 2020-ci il tarixində törətdiyi təxribatlara cavab olaraq Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə məqsədilə Ermənistana qarşı əks hücum əməliyyatlarına başladı və düşmənə ölümcül zərbə vurularaq torpaqlarımız azad edildi.

Kifayət İmanova – Zərdab şəhər 1 saylı məktəb-liseyin psixoloqu

 

 

Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalıdır.

 Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsip irəli sürülmüşdür. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması təşkil etməlidir.

Azərbaycanın sülh prosesinə başlamaq üçün irəli sürdüyü 5 baza prinsipi beynəlxalq hüquq normalarına və dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının beynəlxalq təcrübəsinə söykənir. Bu prinsiplər bir daha Azərbaycan Respublikasının beynəlxalq hüquqa əməl və hörmət etdiyinin təzahürüdür. Qarşı tərəfin illər boyu törətdiyi qətl və qırğınlara baxmayaraq Azərbaycan hökumətinin bu mövqeyi alqışa layiqdir.

Lakin Ermənistan məqsədli şəkildə prosesi pozaraq Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır. Ermənistan Azərbaycanla şərt dilində danışmağa çalışır. Ermənistan başa düşməlidir ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Buna görə, Ermənistan ərazi iddialarından, müxtəlif narrativlər adı altında Azərbaycanın daxili işlərinə müdaxilədən əl çəkməli, cənab Prezident İlham Əliyevin sülh gündəliyini qəbul etməlidir. Dünya liderlərinə zənglərlə, özünü yalandan “demokratiya qalası” kimi qələmə verməklə, müxtəlif qətnamələrlə Ermənistan öz gələcəyini təmin edə bilməz.

44 günlük Vətən müharibəsindəki qələbədən sonra bu prinsipləri dünya ictimaiyyəti əslində Azərbaycan Prezidentinin humanistliyi və tolerantlığı kimi qəbul etməlidir. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, bu prinsiplər əslində bizim ədalətli mövqeyimizin göstəricisidir.

Yaşasın müstəqil və qüdrətli Azərbaycan Respublikası!

Rasif Qaçayev – Zərdab rayonu Gəlmə kənd tam orta məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki