image-qanunla-reklam
image-ers

Rəsmi İrəvanın hərbi cinayəti

image-lady-day-az

Rəsmi İrəvanın hərbi cinayəti

Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir. Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir. Amma təəssüflər olsun ki, mənfur qonşularımız olan ermənilər hər fürsətdə öz xayin niyyətlərindən əl çəkməmişdir. Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri vandalizmə məruz qalıb, həmin torpaqlarda misli görünməmiş cinayətlər törədilib. Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Ermənistan Azərbaycan xalqının  irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş  ərazilərdə çoxsaylı hərbi cinayətlər həyata keçirib. Bütövlükdə isə, işğal altında olunmuş ərazilərimiz 30 il ərzində tamamilə viran qoyulub. 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdi.

Zərdab Rayon Gənclər və İdman idarəsinin rəis müavini – Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki