image-qanunla-reklam
image-1668170991-resad

Rəşad Dağlı məhkəməyə gətirildi

image-lady-day-az

Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılır.

Qanunla.az apa-ya istinadən xəbər verir ki, Rəşad Dağlı Qaradağ Rayon Məhkəməsinə gətirilib.

Təqdimata hakim Gülnar Aslanova baxır.

Qeyd edək ki, Rəşad Dağlı tanışı -1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirməkdə ittiham olunur. Hadisə 4 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki