image-qanunla-reklam
image-_fkh2988_89_90_tonemapped

Regional əhəmiyyətə malik olan əməkdaşlıq  

image-lady-day-az

Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə yeni əməkdaşlıq formatlarının yaradılması və birgə səylərin göstərilməsi xüsusi yer tutur. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Göründüyü kimi, Azərbaycanın xarici siyasətinin prioritetləri onun həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafında mühüm rol oynayır. Dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, ictimai-siyasi tarazlığın qorunub saxlanılması fonunda sülhün, sabitliyin təmin olunması bu gün böyük əhəmiyyət kəsb edən vacib məsələlərdəndir. Ölkələr arasında çoxtərəfli əməkdaşlığa böyük önəm verən, bu istiqamətdə ümumi səylərini və imkanlarını birləşdirməyə hər zaman hazır olan, dünyanın təhdid və çağırışlarına qarşı durmağa, sabit inkişaf və təhlükəsizliyə nail olmağa çalışan Azərbaycan bu istiqamətdə uğurlu xarici siyasət yürüdür. Bu siyasətin əsasını isə dünya ölkələri ilə qarşılıqlı anlaşmanı möhkəmləndirmək, siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirmək, ticarət əlaqələrini genişləndirmək və mədəni-humanitar mübadiləni stimullaşdırmaq kimi məsələlər mühüm əhəmiyyət daşıyır.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki