image-qanunla-reklam
image-qis-mektebi-poster

“Region gənclərinin Karyera Qış Məktəbi”nə qeydiyyat başladı

image-lady-day-az

“Region gənclərinin Karyera Qış Məktəbi”nə qeydiyyat başladı.

Qanunla.Az xəbər verir ki, Gəncliyə Dəstək İB “Region gənclərinin Karyera Qış Məktəbi” layihəsi çərçivəsində region gəncləri üçün 10, 11, 12 fevral 2023-cü il tarixlərdə Göyçay şəhərində həyata keçirəcəyi Karyera Qış Məktəbi`nə qeydiyyat elan edir. Məktəb zamanı gənclər karyera yüksəlişinə kömək edəcək müxtəlif yönümlü təlimlərdən və uğurlu karyera yolu cızmış gənclərin təcrübələrindən yararlanacaqlar.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə icrası olunur. Layihənin icra müddəti 3 ay olmaqla Zərdab və Ucar rayon gəncləri üçün həyata keçilir.

Layihənin məqsədi region gənclərinin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdan ibarətdir.

Son qeydiyyat tarixi: 07 fevral 2023-cü il saat 18:00

Karyera Qış Məktəbinin təşkili tarixləri: 10, 11, 12 fevral 2023-cü il

Ünvan: Göyçay şəhəri

Müraciət edə bilərlər: 18-29 yaşlı Zərdab və Ucar gəncləri

Qeydiyyat linki: https://forms.gle/UjKYG6oWHUvduxPd7

 

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki