image-qanunla-reklam
image-dsc_0407

Region gənclərinin Karyera Qış Məktəbi layihəsi yekunlaşdı-FOTO

image-lady-day-az

“Gəncliyə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Region gənclərinin Karyera Qış Məktəbi” layihəsi yekunlaşdı. İcrası 3 ay davam edən layihə çərçivəsində Layihənin təqdimatı keçirilmiş və 17 nəfər Zərdab və Ucar gənclərinin iştirakı ilə Göyçay şəhərində Karyera Qış Məktəbi təşkil olunmuşdur.

Layihədə iştirak edən gənclərə uğurlu karyera yolunda nə etməli və hansı bacarıqlarını inkişaf etdirməli olduqları aşılanmışdır.

Qanunla.Az xəbər verir ki, layihə çərçivəsində uğur qazanmış şəxslərin iştirakı ilə Panel görüşü keçirilmişdir. Göyçay rayon Gənclər Evində keçirilmiş görüşdə Gənclər Evinin direktoru Fərid Əkbərov, GİKM Göyçay nümayəndəliyinin direktoru Coşqun İsmayılov, Qadın Resurs Mərkəzinin rəhbəri Vüsalə Məmmədova, AGMA Göyçay üzrə koordinatoru Səadət Səfərəliyeva, Gİİ əməkdaşı Təranə Ömərova, “Gələcək” İntellektual İnkişafa Yardım İB sədri Kazım Məmmədov iştirak etmiş, gənclərə öz həyat təcrübələrindən danışmış və tövsiyələrini vermişlərdir.

Məktəbdə gənclər “Karyera nədir?”, “Necə uğurlu karyera qurmaq olar?”“Peşəkar CV hazırlama qaydaları”, “Müsahibə”, “Şəxsi brendinq və işaxtarma texnikaları” və “Peşəkar imeyl yazma qaydaları”“Komanda işi”, “Startap nədir və necə idarə olunur?” mövzularında təlimlərə cəlb olunublar.

İştiraçılarla birlikdə “AzNar QSC” zavoduna infotur təşkil olunub və oradakı iş strukturu gənclərin diqqətinə çatdırılıb.

 “Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

image-dsc_0147-1image-dsc_0382-1image-dsc_0386image-dsc_0407


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki