image-qanunla-reklam
image-370552937_856669012479545_1239987039738286841_n

Rayonun yol-nəqliyyat infrastrukturu

image-lady-day-az

Rayonun yol-nəqliyyat infrastrukturu

Laçın rayonun yol-nəqliyyat infrastrukturu Dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi və inteqrativ proseslərin sürətlənməsi nəqliyyat sisteminin hər bir ölkənin milli iqtisadiyyatının əsas sütunlarından olduğunu təsdiqləmişdir.Nəqliyyat xidmətlərinin sosial-iqtisadi mahiyyətini aydınlaşdıran tədqiqatçılar bu sistemin geniş təkrar istehsalın mühüm şərti olduğunu çoxdan sübut ediblər. Hazırda Azərbaycan “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması istiqamətində infrastruktur layihələri,eləcə də işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir. İşğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinin ən öndə gedəni isə yol -nəqliyyatı infrastrukturunun yenidən qurulmasıdır. Laçın ərazisində də böyük yol infrastruktur işləri görülür. Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat infrastrukturuna xüsusi önəm verir. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir. Müxtəlif güc mərkəzlərinin maraqlarının üst-üstə düşdüyü bölgədə əsas söz sahibi kimi çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə öz hədəflərinə doğru uğurla irəliləyir.

Prezident cənab İlham Əliyevin işğaldan azad olunan rayonlarda əsas diqqət etdiyi məsələlərdən biri də hava nəqliyyatı infrastrukturunun gücləndirilməsidir.İşğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra beynəlxalq statuslu daha iki aeroport tikilməkdədir. Onlardan biri də Zəngilan Beynəlxalq Hava Limanıdır. Digəri isə Laçın rayonunun ərazisində inşa olunur. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.Yeni çəkilən yollar işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə olunmasını təmin edəcək.

Əsmər Əliyeva

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki