image-qanunla-reklam
image-dec05eed-8d21-3186-a330-fcf9ae307c3d_850

Ramil Usubov: “Azərbaycan və Türkiyə arasında müttəfiqlik və strateji tərəfdaşlıq ən yüksək səviyyəyə qalxıb”

image-lady-day-az

“Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlər bu gün qardaş ölkələrin prezidentlərinin rəhbərliyi ilə müttəfiqlik və strateji tərəfdaşlıq ən yüksək səviyyəsinə qalxıb”.

Bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlu ilə görüşdə deyib.

R.Usubov Vətən müharibəsinin ilk anlarından qardaş Türkiyənin qətiyyətli siyasi və mənəvi dəstəyinin, münaqişənin ədalətli həlli ilə bağlı ortaya qoyduğu qəti və birmənalı mövqeyinin xalqımızın haqq işinin Zəfərlə başa çatmasında çox mühüm rol oynadığını qeyd edib.

Qeyd edək ki, səfər Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran aktual məsələlərin müzakirəsi məqsədilə həyata keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki