image-qanunla-reklam
image-rafael-agayev

Rafael Ağayev finala vəsiqə qazandı

image-lady-day-az

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Qanunla.Az xəbər verir ki, 75 kq-da mübarizə aparan idmançı B qrupundakı sonuncu – dördüncü döyüşündə italiyalı Luici Busa ilə üz-üzə gəlib.

Beşqat dünya və onbirqat Avropa çempionu görüşün bitməsinə 56 saniyə qalmış zədələnsə də, döyüşü sonadək davam etdirib. Qarşılaşma Ağayevin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

O, yarımfinalda macarıstanlı Qabor Karoli Harspataki ilə görüşəcək.

***

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

75 kq-da mübarizə aparan idmançımacarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.

Rəqibinə 7:0 hesabı ilə qalib gələn beşqat dünya və onbirqat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki