image-qanunla-reklam
image-1682585898_1672295006_322675021_880962929605330_6829639374630585456_n

Quru sərhədləri nə vaxt açılacaq?

image-lady-day-az

“Xüsusi karantin rejiminin uzadılmasına rəğmən ötən müddətdə xeyli məhdudiyyətlərin aradan qaldırılması və yumşaldılmasını müşahidə etdik. Bizim də təklifimiz ondan ibarətdir ki, quru sərhədlərinin mərhələli açılması ilə bağlı müzakirələr davam etdirilsin”.

Bunu “Qanunla.az”a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, Operativ Qərargah tərəfindən həm ölkəmizdə, həm də qonşu dövlətlərdə epidemioloji vəziyyətə uyğun olaraq quru sərhədlərinin mərhələli açılması ilə bağlı qərarın verilməsi məqsədəuyğun olardı:

“İlk növbədə Gürcüsatn və Türkiyə ilə quru sərhədlərinin mərhələli şəkildə tam açılması reallaşa bilər. Nəzərə alsaq ki, hər iki ölkədə epidemioloji vəziyyət nəzarətdədir və onlar Azərbaycanın strateji tərəfdaşlarıdır. Bütün bunlar imkan verir ki, həmin ölkələrlə quru sərhədlərinin mərhələli açılması ilə bağlı qərar verilsin. Quru sərhədlərinin açılması həm də iqtisadi məsələdir. Bu, turizmin inkişafı, eləcə də vətəndaşlarımızın xaricə daha asan və az xərclə səfərləri baxımından vacibdir. Qardaş Türkiyə və qonşu Gürcüstanla strateji əlaqələrimizi nəzərə alsaq, bu istiqamətdə quru sərhədlərinin açılması məqsədəuyğundur”, – deyə deputat vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki