image-qanunla-reklam
image-qurban

Qurban Qurbanov tarixi qələbəni belə şərh etdi

image-lady-day-az

Futbolçularımı təbrik etmək istəyirəm. Dünən də bildirmişdim ki, ağır yol gəlmişik və çətin oyunlardan çıxmışıq. Oyunçular belə qələbəni haqq edirdilər.

Qanunla.Az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyada “Aberdin”i 3:1 hesabı ilə məğlub etdikləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında bildirib.

Stadiondakı atmosferin möhtəşəm olduğunu deyən Q.Qurbanov azarkeşlərdən də razı qaldığını vurğulayıb:

“Azarkeşlər də çox mədəni idi. Həm komanda, həm də baş məşqçiləri özlərini mədəni aparırdı. “Aberdin”ə və onların azarkeşlərinə uğurlar və daha yaxşı nəticələr arzulayıram. Sonda öz “Qarabağ”lılarımı, azərbaycanlılarımı təbrik edirəm. Həqiqətən çox möhtəşəm qalibiyyət oldu”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki