image-qanunla-reklam
image-24jpg-1603951410

Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı

image-lady-day-az

27 ildən çox bir müddət ərzində erməni tapdağı altında inləyən, əzilən torpaqlarımızdan biri də Qubadlı olmuşdur. Uzun illər mənfur düşmənin istismarında olan gözəl guşələrimizdən biri olan Qubadlı şəhəri dəfələrlə işğalçı qüvvələrin hücumlarına məruz qalmışdır. İşğal dönəmində Qubadlının kəndləri, qəsəbələri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Qadın, uşaq daxil olmaqla, çoxlu sakin öldürülmüş, əsir götürülmüş, bir çoxlarının taleyindən bu günədək heç bir məlumat yoxdur.

Şükürlər olsun ki, 44 gün davam edən Vətən müharibəsində ordumuz şanlı tarix yazdı. İşğal olunmuş torpaqlarımız daxil olmaqla 25 oktyabr 2020-ci il tarixdə Qubadlı şəhəri düşmən tapdağından azad olundu. Uzun illər əzab çəkən, ağrılı insanların, bütün Azərbaycan xalqının qisası alındı. Cənab Ali Baş Komandanın öz dilindən səslənən zəfər müjdəsi bu günədək çəkilən bütün ağrı-acıları bir anlıq unutdurdu.

Bu qələbə sərkərdənin qətiyyəti və dönməzliyi, igid Azərbaycan əsgərinin şücaəti və mətanəti sayəsində əldə edildi. Bizə yaşatdıqları bu sevincə görə qanından, canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq.

Qarabağ Azərbaycandır!

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki