image-qanunla-reklam
image-1472590786

Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı

image-lady-day-az

Qubadlı adı Şirvanşah Şeyx İbrahim Dərbəndinin babasının adı KeyQubadın adı ilə bağlıdır.Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Lakin sonradan zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir. Hələ indiyə qədər Bərgüşad toponimi tamamilə dəqiq izah olunmayıb. XIX əsrin 50-ci illərinə aid ədəbiyyatda Naxçıvanda bərgüşad adlı türkdilli tayfanın adı çəkilir. Bu tayfa adını Bərgüşad zonasından alıb. Səfəvi dövründə bərgüşad qızılbaş tayfalarının tərkibinə daxil idi. Orta əsrlərdə Bərgüşad mahalı Araza tökülən Həkəri çayı ilə Bərgüşadçay arasındakı ərazini əhatə etmişdir.

31.08.1993 -cü ildə erməni silahlı qüvvələri tərəfindən Qubadlı rayonu ərazisi işğal edilmişdir. Azərbaycan xalqına mənsub olan bir torpaqdan böyük bir tarixin izlərini silməyə çalışan ermənilər 2020 -ci ildə reallığı dərk edib , həqiqətin nə olduğunu gördülər. Müzəffər

Azərbaycan ordusu tərəfindən 44 günlük müharibənin gedişi zamanı 25 oktyabr tarixində bu əzəli Azərbaycan torpağını düşmən tapdağından azad etdilər. Təkcə Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə 54 nəfər hərbiçimiz şəhid olmuşdur. Onlardan Əliyar Əliyev , Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Bəylər Ağayev, Səfa Axundov kimi igidlərimiz milli qəhraman adını almışlar.

Hal-hazırda işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Qubadlı rayonunda minatəmizləmə və abadlıq, quruculuq işləri aparılır. Tezliklə azad edilmiş bütün ərazilərimizin sosial-iqtisadi inkişafı bərpa olunacaq , 30 il müddətində ermənilərin xarabalığa çevirdiyi bu ərazilər regionun ən gözəl şəhərlərindən birinə çevriləcəkdir…..

 

Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin müəllimi -Bəkirov Rövşən


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki