image-qanunla-reklam
image-big_27f6a0c9-9515-4543-b013-56a34d96cd19

Qubadlı şəhərinin azad edilməsi böyük qələbəni yaxınlaşdırdı

image-lady-day-az

31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qubadlı şəhəri 2020-ci ilin 25 oktyabr tarixində düşmən tapdağından azad edildi.  Qubadlı şəhərinin azad edilməsi böyük qələbəni yaxınlaşdırdı.Qubadl rayonunun yerləşdiyi coğrafi ərazi Qubadlını azad etmək üçün ilk növbədə yüksəklikləri götürməyi tələb edirdi. Düşmənin bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizi atəşə tutması müəyyən çətinliklər yaradırdı. Ona görədə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq təlkəb edirdi. Lakin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü və peşəkarlığı nəticəsində  düşmənin  qurduğu istehkam darmadağın edildi. Qubadlının azad olunması ilə Şuşaya və digər işğalda olan torpaqlarımızın düşmən tapdağından azad olunması üçün daha bir imkanlar yarandı.Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə digər rayonlarımız kimi Qubadlıda da sürətlə abadlıq quruculuq işləri aparılır.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki