image-qanunla-reklam
image-qubadli_6_1441024080-300x230

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir və faydalı qazıntı ehtiyatlara malikdir

image-lady-day-az

Azərbaycan hər zaman erməni təcavüzünə məruz qalmış və ermənin işğalçı siyasəti ilə mübarizə aparmışdır. Ermənilərin təcavüzü nəticəsində Azərbaycanın əzəli torpaqlarını işğal etmiş və minlərcə insana zülm, işgəncə verməklə azərbaycanlıları doğma yurdlarından məcburi köçkün etmişlər. Belə işğala məruz qalan rayonlardan biridə Qubadlı olmuşdur. Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycan hər zaman olduğu kimi sülhün tərəfdarı olmuş və işğal nəticəsində itirdiyi əraziləri sülh yolu ilə geri qaytarmağa çalışmışdır. Buna baxmayaraq düşmən işğalçı siyasətindən əl çəkməyərək 2020-ci il sentyabrın 27-də növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmuşdur. Ermənistan tərəfindən törədilmiş hərbi təxribatın qarşısın almaq və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə də, Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən müharibədə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir.

Azərbaycan Respublikasının ərazisi mürəkkəb geoloji quruluşa malik olması, faydalı qazıntıların müxtəlifliyi, rəngarəngliyi ilə fərqlənir və  bir sıra faydalı qazıntı növləri ilə zəngindir. Belə ərazilərdən biridə Qubadlı rayonudur. Qubadlı rayonu Ermənistanla sərhəd olmaqla dağlıq əraziyə malikdir. Qeyd edilən iqtisadi rayon digər iqtisadi rayonlarla müqayisədə mineral resurslar, faydalı qazıntılarla birgə turizm potensialını da özündə cəmləşdirir. Adətən, dağlıq relyefə malik mineral resursların istifadə olunduğu coğrafiyalarda turizm sektorunun potensialı daha az nəzərə çarpır. Buna baxmayaraq Kəlbəcər, Laçın rayonları mədən yataqları və turizm potensialı ilə unikal ahəngdarlığa malikdir. Qubadlı rayonu da adıçəkilən xüsusiyyətləri özündə cəmləşdirməyi bacarır. Kəlbəcər və Zəngilan rayonu kimi Qubadlı rayonu da bu zonada təbii yataqları ilə fərqlənir. Qubadlı rayonunda mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı və şirin yeraltı su ehtiyatları mövcuddur. Qeyd etmək lazımdır ki, rayon ərazisində yerləşən əqiq yatağı abidəsi nadir yataqlardan hesab olunur. Xüsusilə, bu yataqdan kimya sənayesi və bəzək sahəsində istifadə edilə bilər. Qubadlı rayonu təbii ehtiyatlar cəhətdən Cəbrayıl və Zəngilanla bir çox ortaq xüsusiyyətlərə malikdir. Hər üç rayonda yerləşən mişar daşı yatağı ölkəmizin tikinti sektorunda tələbin qarşılanmasında birbaşa rol oynacaqdır. Rayon ərazisindən Bərgüşad, Həkəri çayları və onların qolları (Ağa çay, Kiçik Həkəri, Meydan dərəsi və s.) axır. Sözügedən çay suvarma və su elektrik stansiyası üçün əlverişlidir. Digər rayonlardan bir sıra iqtisadi üstünlükləri ilə seçilən bu zona Azərbaycanın iqtisadi və inklüziv inkişafında da ciddi rol oynayacaq.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki