image-qanunla-reklam
image-e99c8504f652918ed6775a35d6efe999_6238_91

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub

image-lady-day-az

Sahəsi 80250 ha olan və Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.
Qubadlı rayonu Azərbaycan Respubikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Ermənistan Respublikası, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir.

“1993-cü ilin 31 avqust tarixində Azərbaycan Respublikasının Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Ermənistanın təcavüzü nəticəsində 238 Qubadlı sakini şəhid olub, 316 nəfər əlil, 100-dən çox insan isə itkin düşüb. İşğal nəticəsində rayonun inzibati mərkəzi və 93 kəndi tamamilə dağıdılaraq talan edilib, Qubadlı sakinləri məcburi köçkünə çevrilib.  Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, dörd tibb ocağı, altı uşaq bağçası, 61 ümumi təhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, bir tarix-diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb. İşğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb, talan ediblər. Ermənilərin yandırıb, talan etikləri Qubadlı tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat saxlanılırdı. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində doqquz, Əliquluuşağı kəndində beş, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid bir qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda Qalalı qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki