image-qanunla-reklam
image-1673244973-426306719

Quba, Qusar və Xaçmazda 35 yol qəzası olub

image-lady-day-az

Son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı  Qusarda 7 (07.01.23 – 2- 08.01.23 – 5) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.

“Qanunla.az” xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Xaçmazda 13 (07.01.23 – 4 – 08-01-23 – 9) nəqliyyat hadisəsi olub, nəticədə nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib.

Qubada 15 (07.01.23 – 6 – 08.01.23 – 9) nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb,  27 avtomobilə zərər dəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki