image-qanunla-reklam
image-1692088058_shutterstock_2229997729-pic_32ratio_900x600-900x600-82674

Qoxular yuxumuza necə təsir edir?

image-lady-day-az

Drezden Texniki Universitetinin (Almaniya) alimlər qrupu müxtəlif qoxuların insan sağlamlığına və yuxusuna təsir edə biləcəyini müəyyən ediblər.

“Qanunla.az” xəbər verir ki, tədqiqatçıların araşdırmasının nəticələri “Nature” saytında dərc olunub.

Mütəxəssislər qoxuların yuxu keyfiyyətinə təsirini qiymətləndirməyi planlaşdırıblar. Komanda laurin, portağal qoxusu və xüsusi hazırlanmış bir qoxudan istifadə ediblər.

Araşdırmada iki həftə ərzində yuxularının keyfiyyəti qiymətləndirilən 139 nəfər iştirak edib. Alimlər, həmçinin, fizioloji parametrlər haqqında məlumat toplayıblar. İştirakçılar yuxarıda qeyd olunan qoxuları burunlarına qidalandıran xüsusi cihazla yatıblar. Birinci təcrübədən əvvəl və sonra qoxu ölçmələri və müxtəlif koqnitiv və qeyri-koqnitiv ölçmələr aparılıb.

Nəticələr göstərdi ki, bəzi aromalar yuxuya və ümumi rifaha müsbət təsir göstərir, bəzi aromalar isə əksinə, sağlamlığı pisləşdirir. Eyni zamanda, qoxular iştirakçıların özünə hörmət hissini də artırıb. Qoxular heç bir şəkildə fizioloji parametrlərə təsir göstərəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki