image-qanunla-reklam
image-fotojet-2021-11-09t143701-373

Qətərdə keçirilən Zəfər Günü ilə bağlı tədbirdə Türkiyə Prezidentinin sözçüsü iştirak edib – FOTO

image-lady-day-az

 

8 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirə Qətərdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və təmsilçiləri, beynəlxalq təşkilatların rəsmiləri, yerli ictimaiyyət nümayəndələri, media mənsubları, iş adamları, eləcə də Qətərdəki Azərbaycan icmasının üzvləri qatılıblar.

Mərasimdə Türkiyə Respublikası Prezidentinin sözçüsü İbrahim Kalın baş qonaq qismində iştirak edib və iştirakçılar qarşısında nitq söyləyib.

Tədbirə paralel olaraq, Səfirlikdə ərazilərimizin işğalı dövründə Ermənistan tərəfindən törədilmiş urbisid, kultursid və ekosid aktlarını əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. Sərgini ziyarət edən qonaqlara Ermənistan tərəfindən törədilmiş vandallıq aktları barədə məlumat verilib, həmçinin 44 günlük Vətən müharibəsinin qısa xronologiyasını göstərən ərəb və ingilis dillərində hazırlanmış broşürlər paylanıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətən müharibəsi və ondan sonrakı dövrdə xarici media agentliklərinə verdiyi müsahibələrin fraqmentlərindən ibarət video nümayiş etdirilib.

Zəfər Günü ilə əlaqədar, həmçinin Səfirliyin inzibati binası Azərbaycan Respublikasının dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki