image-qanunla-reklam
image-24901-3270358004

Qəhrəmanlıq və şücaət təcəssümü

image-lady-day-az

Qəhrəmanlıq və şücaət təcəssümü.

Düz iki il bundan öncə 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri düşmən torpağından azad olunub.Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandı.

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir.Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarllğının, şücaətinin parlaq nəticəsidir. Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilib,Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Vətən müharibəsinin ilk günlərində Ordumuz Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini azad etdilər.Rayonun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad olundu.

Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə “medalını təsis edib.Qəhrəmanlıq və şücaət təcəssümü olan bu dövlət təltifi Cəbrayıl rayonunun işğalından azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusuna verildi. Cəbrayılın,ümumən Vətən torpaqlarının azadlığı uğrunda şəhid olan oğullarımıza Allahdan rəhmət, qazilərimizə sağlamlıq, müharibə iştirakçılarına möhkəm cansağlığı diləyirəm.

 

Zərdab rayon Körpükənd kənd tam orta məktəbinin müəllimi – Pirməmmədova Gülnarə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki