image-qanunla-reklam
image-1660714023_2c663a786dd5f168a2d1fc9959dd3

Qazaxıstan rus dilini öyrənməkdən imtina etdi

image-lady-day-az

Qazaxıstan hakimiyyəti birinci sinifdən rus və ingilis dillərinin öyrənilməsini ləğv edib. 

“Qanunla.az” xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Asxat Aymağambetov açıqlama yayıb.

Onun sözlərinə görə, uşaqlar birinci sinifdən yalnız qazax dilini öyrənəcəklər, çünki rus və ingilis dillərini öyrənmək üçün ilk növbədə öz ana dilində yazıb-oxumağı öyrənməlidirlər.

“İkinci sinifdən rus dili ayrıca fənn kimi, üçüncü sinifdən isə ingilis dili bütün məktəblər üçün öyrəniləcək”, – Aymağambetov bildirib.

Əvvəllər Qazaxıstanda məktəblilər birinci sinifdən üç dil – rus, qazax və ingilis dilini öyrənməyə başlayırdılar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki