image-qanunla-reklam
image-5368444

Qaz təchizatına müdaxilə hallarına qarşı qəti və təxirəsalınmaz tədbirlər görülür-VIDEO

image-lady-day-az

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları qaz təsərrüfatına daha bir neçə qanunsuz müdaxilə halı aşkar ediblər. Keçirilən yoxlama zamanı Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində 3 fərdi yaşayış evinin qaz sayğaclarının aylıq qaz sərfiyyatında şübhələr olduğu üçün onlara yerində baxış keçirilib.

Qanunla.Az xəbər verir ki, sayğaclara baxış keçirilən zaman zavod möhürləri və hesablama mexanizminin sol tərəf hissəsində əzik-cızıq izləri aşkar olunub. Birlik əməkdaşları dərhal aşkar olunan müdaxilə halının aradan qaldırılması istiqamətində işə başlayıblar. Sayğaclar abonentlərin iştirakı ilə yenisi ilə əvəzlənib, çıxarılan sayğaclar daşınan qutuya qoyulub və möhürlənərək yoxlamadan keçirilməsi üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Abonentlərin iştirakı ilə möhürlü qutuda olan sayğacların məhz özlərinin iştirakı ilə möhürünün açılması və yoxlama prosesində iştirak etmələri üçün istehlakçılarla əlaqə saxlanılıb. Abonentlərin hər biri ilə fərdi olaraq əlaqə saxlanılsa da, onlar yoxlama prosesində iştirak etməkdən imtina ediblər. Yoxlamadan keçirilən hər 3 sayğacda müdaxilə halının olması sübuta yetirilib. SOCAR “Azəriqaz” İB olaraq bir daha bütün abonentlərə müraciət edərək bildiririk ki, bu kimi hallar yolverilməzdir. Nəzərinizə çatdırırıq ki, qaz təchizatına kənar müdaxilələrin aşkarlanması istiqamətində tərəfimizdən bundan sonra da tədbirlər görüləcək.

Ətraflı video materialda izləyə bilərsiniz:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki