image-qanunla-reklam
image-img_20230717_191441

Qaldığımız yerdən, qaytardığımız yurddan işimizə davam…

image-lady-day-az

Yeni mövsümdən futbol üzrə İkinci Liqada mübarizə aparacaq “Cəbrayıl” klubunda yeni təyinat reallaşıb.

Qanunla.Az xəbər verir ki, tanınmış futbol funksioneri Səbuhi Səfiyarlı 2021/2022-ci illər mövsümündə AFFA Region Liqasının qalibi olmuş komandada çalışacaq.

“Qəbələ”nin sabiq rəsmisi doğma klubunda müşavir vəzifəsini icra edəcək. Səfiyarlı bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Bu ildən 2-ci liqada çıxış etmək hüququ qazanmış “Cəbrayıl” üçün qarşımıza böyük hədəflər qoymuşuq. Agentlik fəaliyyətimə görə rəsmi vəzifə tutmasam da, Cəbrayıla qayıdışın bir parçası olan bu böyük proyektdə müşavir kimi iştirak etmək böyük həyəcandır.

Vaxtilə Avropa kuboklarında qrup mərhələsində sevimli “Qəbələ” ilə “Borussiya”ya, “Mayns”a, “Lill”ə və digər adlı-sanlı rəqiblərə qarşı oyunlarda necə həyəcan vardısa, indi “Cəbrayıl”la 2-ci Liqada oynamaq, doğulub-böyüdüyüm şəhərin ilk peşəkar klubunda olmaq o qədər həyəcanlıdır. Ad fərqli olsa da, uşaq ikən Azərbaycan çempionatının 1-ci Dəstəsindəki oyunlarına baxmaq üçün “jildom”dan stadiona qədər olan yolu necə həvəslə gedirdimsə, keçən il Region Liqasında komandamızı dəstəkləmək üçün Bakıdakı, rayonlardakı oyunlarda necə həvəslə azarkeşlik edirdimsə, bu gün də bu proyektə eyni həvəslə başlayıram. Klubun yaradıcısı Cavid Hüseynovla birlikdə böyüdüyümüz şəhərin komandasını ölkə futbolunda öncül mövqelərə gətirmək fikrindəyik.

Cavid Region Liqasında qələbə qazanarkən Cəbrayıl azarkeşlərinin necə dəstək verdiyini gördükdən sonra əmin oldum ki, rayonumuzun komandası ölkə futbolunda daha yuxarı liqalarda təmsil olunmaq prespektivinə malikdir və layiqdir. Rayon rəhbərliyinin, bu işdə həvəslə yardım etmək istəyən cəbrayıllı dostlarımızın dəstəyini gördükdən sonra 2-3 ilə Cəbrayılı peşəkar klub olaraq ən yaxşı şəkildə təmsil edəcəyimizə şübhəm qalmayıb. Cəbrayılın işğalı ilə 1-ci dəstədə yarımçıq qalmış işimizi azad Cəbrayılın təmsilçisi kimi yenidən böyük futbol səhnəsinə qayıtmaqla bərpa edirik.

Qaldığımız yerdən, qaytardığımız yurddan işimizə davam…”

Sabuhi Safiyarli

image-img-20230717-wa0022 image-img-20230717-wa0020


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki