image-qanunla-reklam
image-putin-valday-yeni

Putinin qələbə nəzəriyyəsi budur

image-lady-day-az

Rusiya Prezidenti Vladimir Putin dayanmayacaq və Ukraynanın əvvəllər işğal olunmuş ərazilərini saxlamaq, Qərbin Kiyevə dəstəyini dayandırmaq üçün hərbi əməliyyatları uzatmağa çalışacaq.

Qanunla.Az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Birincisi, Putin effektiv hərbi qüvvələrin bərpası üçün əməliyyatları dayandırmaq əvəzinə, zəif təlim keçmiş rus qoşunlarını yaxın gələcəkdə Ukraynada birbaşa döyüşə atmağa davam edəcək. İkincisi, Putinin qələbə nəzəriyyəsi Avropanın iradəsini qırmaq üçün sərt qışdan istifadə etmək üzərində qurulub. O, 4-6 aylıq təlimdən sonra hərbi xidmətə çağırılan rus gənclərindən istifadə etməyi planlaşdırır. Rusiyadakı son qismən səfərbərlik Putinin dayanmağı planlaşdırmadığını və 2023-cü ildə mübarizəni davam etdirəcəyini göstərir”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki