image-qanunla-reklam
image-1692680554_85_main-v1692647936

Putini aradan götürmək mümkündürmü? – Ukrayna Kəşfiyyatı izahat verdi

image-lady-day-az

Qərb xüsusi xidmət orqanları Rusiya lideri Vladimir Putini aradan qaldıra bilməz, çünki Rusiya Federasiyası geniş xüsusi xidmət və təhlükəsizlik strukturlarına malik olan dövlətdir.

“Qanunla.az” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Andrey Yusov “Ukrayna xəbərləri” nə müsahibəsində bildirib.

“Rusiya xüsusi xidmət orqanlarının və müxtəlif təhlükəsizlik strukturlarının geniş şəbəkəsinə malik böyük ölkə olaraq qalır. Rusiya Federasiyasının xüsusi xidmət orqanları Rusiya ordusundan daha səmərəli işləyir. Putin öz təhlükəsizliyi üçün pul əsirgəmir”, – deyə Yusov izah edib.

Onun  sözlərinə görə, Putinin fiziki varlığı ilə maraqlananlar azdır və strateji baxımdan onun rejimi Rusiya Federasiyasının mövcud forması kimi məhvə məhkumdur.

“Bəli, onun ağır xəstəlikləri və dublyorlarından istifadə olunması ilə bağlı məlumatlar var. Təbii ki, bütün bunlar nəzərə alınmalıdır. Ancaq Ukrayna orijinal Putinin, əgər o hələ sağdırsa, beynəlxalq tribunal zamanı müttəhimlər kürsüsündə olmasında çox maraqlıdır”, – deyə rəsmi vurğulayıb.

Bununla yanaşı, ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Putin dövlət başçısı vəzifəsində qaldığı müddətdə böyük ehtimalla Ukraynadakı cinayətlərə görə həbs edilməyəcək.

Xatırladaq ki, 2023-cü il martın 17-də Məhkəməyəqədər İcraat Palatası  Putin və Rusiya Federasiyası Prezidentinin uşaq məsələləri üzrə nümayəndəsi olan Lvova-Belovanın həbsi üçün orderlər verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki