image-qanunla-reklam
image-putin-canli

Putinə vaxt verilib: Bu tarixdə savaş bitməlidir!

image-lady-day-az

Rusiya Prezidenti Vladimir Putinə noyabrın 15-dək Ukraynaya qarşı başladılmış müharibəni başa çatdırması üçün şərti vaxt verilib. Həmin gün Balidə G-20 sammiti keçiriləcək.

Qanunla.Az  xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, bu məsələ sentyabrın ortalarında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində baş verib:

“Hindistan və Çin liderləri Putinə müharibəni səhv vaxtda və yanlış yerdə başladığını bildiriblər və mümkün qədər tez bitirməyi tövsiyə ediblər. O özü bunu istədiyini bildirib.

Mümkündür ki, 15 noyabrda Putin müharibəni dayandırıb, Ukrayna ilə danışıqlara başlamaq istəsin. O, danışıqlara başlamağı özünün qələbəsi də hesab edə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki