image-qanunla-reklam
image-1659604879-putin_erdogann

Putin və Ərdoğana bu layihələri müzakirə edəcək

image-lady-day-az

Rusiya prezidenti Vladimir Putin avqustun 5-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla enerji sahəsində birgə strateji layihələri müzakirə edəcək.

“Qanunla.az”ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

“İyulun 19-da prezidentlərin Tehranda ikitərəfli görüşü zamanı əldə olunan razılaşmalara uyğun olaraq Rusiya-Türkiyə çoxplanlı əməkdaşlığının, o cümlədən ticari-iqtisadi əlaqələrin gələcək inkişafı və enerji sahəsində birgə strateji layihələrin müzakirəsi planlaşdırılır”, – məlumatda deyilir.

Qeyd edək ki, avqustun 5-də R.T.Ərdoğan Rusiyaya birgünlük səfər edəcək. Həmin gün Soçi şəhərində prezidentlərin görüşü keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki