image-qanunla-reklam
image-1659080260_1648585746_zelenski-putin

“Putin ukraynalıların əsas düşmənidir” – Zelenski

image-lady-day-az

Ukraynadakı müharibə Rusiya Federasiyasına qarşı əvvəllər aparılan siyasətin nəticəsidir.

Qanunla.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski  britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.

Onun sözlərinə görə,  artıq dünya ictimaiyyəti bunu başa düşməlidir:

“Aydındır ki, o, bu müharibədə bizim əsas düşmənimizdir. O, adekvatdır və nə etdiyini başa düşür. Məncə, bu, mənim çıxara biləcəyim ən dəhşətli nəticədir: o, neçə nəfəri öldürdüyünü, nə qədər insanın və kimlər tərəfindən zorlandığını, nə qədər uşağın öldürüldüyünü və sürgün edildiyini bilir. Bilirsiniz… Dünya bu fürsəti ona verdi. Müharibə Rusiya Federasiyasına qarşı əvvəllər aparılan siyasətin nəticəsidir. Bu, ilk növbədə, bütün dünyanın nəticəsi və böyük səhvidir. Bu, demokratiya ilə bağlı deyil”, – deyə Zelenski Putinlə bağlı sualı cavablandırarkən deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki