image-qanunla-reklam
image-1664524860_90_main-v1664523089

Putin qaz kəmərlərində baş verən təxribatlara münasibət bildirdi

image-lady-day-az

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbəti zamanı “Şimal axını” qaz kəmərlərində baş verən insidentə ilk dəfə münasibət bildirib.

Qanunla.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya prezidenti “Şimal axını 1” və “Şimal axını 2” magistral qaz kəmərləri ilə bağlı görünməmiş təxribata, mahiyyətcə beynəlxalq terror aktına prinsipial qiymət verib. Qeyd olunur ki, Rusiya bu məsələni BMT Təhlükəsizlik Şurasında təcili müzakirəyə təqdim edir”, – məlumatda deyilir.

Qeyd edək ki, sentyabrın 26-na keçən gecə hər iki “Şimal axını”nın boru kəmərlərində təzyiqin kəskin azalması qeydə alınıb. Bundan sonra  İsveç Sahil Mühafizəsi “Şimal axını”ndan daha bir qaz sızması aşkar edib.

Xatırladaq ki, Rusiyanın “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində qaz sızması elan edilməzdən bir gün əvvəl İsveç Milli Seysmoloji Mərkəzi  güclü sualtı partlayışlar qeydə alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki